"Səbail" Serbiya və Bolqarıstan klubları ilə qarşılaşacaq

"Səbail" Serbiya və Bolqarıstan klubları ilə qarşılaşacaq Paytaxt təmsilçisi yanvarın 26-da və 29-da yoxlama oyunu keçirəcək
Futbol
20 Dekabr , 2017 15:09
Səbail Serbiya və Bolqarıstan klubları ilə qarşılaşacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ “Səbail” futbol komandasının Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi iki rəqibi müəyyənləşib. Bu barədə “Report”a klubun mətbuat xidmətindən məlumat verilib.

Paytaxt təmsilçisi yanvarın 26-da Serbiyanın “Napredak”, yanvarın 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandası ilə qarşılaşacaq. Ümumilikdə 4 yoxlama matçının keçirilməsi nəzərdə tutulub. Digər 2 rəqibin adına yaxın vaxtlarda aydınlıq gələcək.  

Qeyd edək ki, hazırda istirahətdə olan “Səbail” yanvarın 3-də Bakıda bir araya gələcək. İki günlük tibbi yoxlanışdan sonra hazırlıq prosesinin I mərhələsinə start veriləcək. Təlim-məşq toplanışının II mərhələsi isə Türkiyədə olacaq. Yanvarın 20-də səfərə çıxmağı planlaşdıran Premyer Liqanın debütantı fevralın 2-dək Antalya bölgəsində hazırlıq keçəcək. 

Son xəbərlər

Orphus sistemi