"Səbail" Macarıstan, Ukrayna və Qazaxıstan komandaları ilə qarşılaşacaq

"Səbail" Macarıstan, Ukrayna və Qazaxıstan komandaları ilə qarşılaşacaq Bakı. 18 dekabr. REPORT.AZ/ Yanvarın 12-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Səbail” futbol komandasının yoxlama oyunlarında rəqibləri müəyyənləşib.
Futbol
18 Dekabr , 2018 17:24
Səbail Macarıstan, Ukrayna və Qazaxıstan komandaları ilə qarşılaşacaq

Bakı. 18 dekabr. REPORT.AZ/ Yanvarın 12-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Səbail” futbol komandasının yoxlama oyunlarında rəqibləri müəyyənləşib.

Klubun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “dənizçilər” yanvarın 15-də “Aqvital” (Macarıstan), 21-də “Desna” (Ukrayna), 24-də isə “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.

Komandanın qüvvəsini sınayacağı 4-cü rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, “Səbail” yanvarın 25-dək Türkiyədə hazırlıq keçəcək.

Son xəbərlər

Orphus sistemi