"Səbail" Küveyt klubu ilə heç-heçə edib

"Səbail" Küveyt klubu ilə heç-heçə edib Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlaşan “Səbail” növbəti yoxlama oyununu keçirib.
Futbol
9 Avqust , 2019 19:38
Səbail Küveyt klubu ilə heç-heçə edib

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünə hazırlaşan “Səbail” növbəti yoxlama oyununu keçirib. 

"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv Küveyt təmsilçisi "Əl Samiyə" ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 

Qeyd edək ki, "Səbail" eyni komanda ilə avqustun 2-də də yoxlama görüşü keçirib və rəqibini 2:1 hesabı ilə üstələyib. Paytaxt təmsilçisi yeni mövsümdə ilk oyununu avqustun 18-də evdə "Zirə"yə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi