"Səbail" klubunun təlim-məşq toplanışındakı rəqibləri müəyyənləşib

"Səbail" klubunun təlim-məşq toplanışındakı rəqibləri müəyyənləşib Komanda Macarıstan və Qazaxıstan klubları ilə qarşılaşacaq
Futbol
6 Yanvar , 2017 19:16
Səbail klubunun təlim-məşq toplanışındakı rəqibləri müəyyənləşib

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan I Divizionunda ikinci dövrənin hazırlıqlarını davam etdirən "Səbail"in Bakı və Antalya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq görüşlərindəki rəqibləri müəyyənləşib.

"Report"un məlumatına görə, yanvarın 10-da MOİK-lə qarşılaşacaq "aslanlar" 2 gün sonra "Neftçi"nin əvəzediciləri ilə üz-üzə gələcəklər. Hər iki oyun Bayıl Arenada keçiriləcək.

Yanvarın 14-dən Antalya toplanışına start verəcək "Səbail" Türkiyədə ümumilikdə 3 yoldaşlıq görüşü keçirəcək. Rəqiblər yanvarın 19-da Qazaxıstanın "Kyran", 26-da isə Macarıstanın "Szeged" komandası olacaq.

Yanvarın 24-də keçiriləcək yoldaşlıq görüşündəki rəqibin adı isə hələlik dəqiqləşməyib.

Son xəbərlər

Orphus sistemi