"Səbail" klubunun "Sehirli Yolka" şənliyinə 3 mindən çox uşaq qatılıb

"Səbail" klubunun "Sehirli Yolka" şənliyinə 3 mindən çox uşaq qatılıb Tədbir "Bayıl Arena"da keçirilib
Futbol
26 Dekabr , 2016 13:29
Səbail klubunun Sehirli Yolka şənliyinə 3 mindən çox uşaq qatılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubu qarşıdan gələn yeni il münasibətilə "Sehrli Yolka" şənliyi keçirib. "Report"un məlumatına görə, komandanın ev oyunlarını keçirdiyi "Bayıl Arena"da təşkil olunan tədbirə 3 mindən artıq uşaq qatılıb.

İlk olaraq Şaxta baba və Qar qız meydana çıxıb. Ardınca balaca qonaqlar üçün animatorlar, köpük şousu, klounlar, bir-birindən əyləncəli, rəngarəng oyunlar, nəğmələr, rəqslər, "face art" təşkil olunub. Proqram uşaqlar və valideynlər tərəfindən maraqla, sevinc hissi ilə qarşılanıb.

Şənliyə gələn uşaqlar komandanın futbolçuları ilə şəkillər çəkdirərək onlarla kiçik oyunlar keçiriblər. Futbolçular uşaqlara imzalı şəkillərini hədiyyə ediblər. Bayram şənliyinin sonunda Şaxta baba "Sehirli Yolka"ya gələn hər bir uşağa öz hədiyyə boğçasını təqdim edib.

Son xəbərlər

Orphus sistemi