"Səbail" klubunun kapitanı Rahid Əmirquliyev: "Bürünc medalı qazanmadan arxayınlıqdan söhbət gedə bilməz"

"Səbail" klubunun kapitanı Rahid Əmirquliyev: "Bürünc medalı qazanmadan arxayınlıqdan söhbət gedə bilməz" Əlbəttə, bilirdik ki, bizim üçün çətin qarşılaşma olacaq. Həm də səfərdə oynayırdıq, süni qazondan təbii ota keçəndə bir az çətinlik çəkirik. Ancaq bütün bunlara baxmayaraq, istədiyimiz nəticəyə nail odluq.
Futbol
31 Mart , 2019 13:00
Səbail klubunun kapitanı Rahid Əmirquliyev: Bürünc medalı qazanmadan arxayınlıqdan söhbət gedə bilməz

"Əlbəttə, bilirdik ki, bizim üçün çətin qarşılaşma olacaq. Həm də səfərdə oynayırdıq, süni qazondan təbii ota keçəndə bir az çətinlik çəkirik. Ancaq bütün bunlara baxmayaraq, istədiyimiz nəticəyə nail odluq".

"Report" xəbər verir ki, bunu Səbail" klubunun kapitanı Rahid Əmirquliyev səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 30 yaşlı yarımmüdafiəçi 3 xal qazanmalarını daha vacib məsələ adlandırıb: "Düzdür, bəlkə oyun baxımından istənilən kimi olmadı, yaxşı oyun nümayiş etdirə bilmədik. Ancaq əsas məqsədimiz bu idi ki, 3 xalla qayıdaq. Sevinirik ki, buna da nail olduq".

"Dənizçilər" "Zirə"nin məğlubiyyətsizlik seriyasını onun meydanında qıra biliblər. Əmirquliyevin fikrincə, oyun heç-heçə ilə də yekunlaşa bilərdi: "İlk hissədən fərqli olaraq, fasilədən sonra müdafiəyə "oturduq", həm də qol buraxdıq. Oyunun gedişatı elə idi ki, heç-heçəyə gedirdi. Hardasa ümid var ki, rəqibi əks-hücumda tutaraq 3 xal götürə bilərik. Ancaq ümumən hiss olunurdu ki, matç elə heç-heçə də qurtaracaq".

"Səbail" son saniyələrdə Şəhriyar Rəhimovun cərimə zərbəsindən vurduğu qolu çox emosionallıqla qeyd edib və bütün futbolçuları meydana axışıb. Aparıcı futbolçunun fikrincə, bu, komanda üzvlərinin rəqibə qarşı prinsipiallığı ilə bağlı deyil: "Zirə" ilə heç bir prinsipiallığımız yox idi. Sadəcə, futbolda elədir ki, son dəqiqələrdə vurulan qol, onun gətirdiyi qələbə şirin olur. Ona görə emosiyalar da çox idi. "Zirə"nin futbolçuları meydana niyə girmişdilər, onu bilmirəm. Yəqin, orda anlaşılmazlıq olub. Bilmirəm ki, mübahisə kimin arasında yarandı. Onu araşdıracağıq və biləcəyik ki, nə var, nə yox. Əsas odur ki, yoluna qoyduq, heç bir problem yoxdu. Sırf axırıncı saniyələrdə qol vurduq, ona görə belə emosiya vardı".

Təcrübəli futbolçu cari mövsümdən şərəfini qoruduğu komandasının 3-cü yeri tutaraq birbaşa avrokuboklara yollanma şansını də dəyərləndirib. Onun sözlərinə görə, xal fərqinə görə arxayınlaşma ola bilməz: "Bundan əvvəl də 6 xal öndə idik, gəldi fərq 2-yə endi. İndi fərq 5 xal olur. Ancaq onu da nəzərə alaq ki, ən yaxın izləyicimiz "Qəbələ"nin ehtiyatda bir oyunu var. Çempionatın sonunadək arxayınlaşma olmayacaq. Bürünc medal tam təmin olunmamış arxayınlıqdan söhbət gedə bilməz".

Qeyd edək ki, "Qəbələ" aprelin 1-də evdə "Sabah"la qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi