“Səbail” klubunda yeni təyinat olub

“Səbail” klubunda yeni təyinat olub Törə Əhmədova “Səbail”in mətbuat xidmətinin rəhbəri təyin edilib
Futbol
9 Avqust , 2017 12:34
“Səbail” klubunda yeni təyinat olub

Bakı. 9 avqust. REPORT.AZ/ 2017/2018 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edəcək “Səbail” klubunda yeni təyinat olub.

Klubdan “Report”a verilən məlumata görə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis vəzifəsində çalışan Törə Əhmədova “Səbail”in mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Törə Əhmədova bu vəzifədə “Səbail”in Müşahidə Şurasına üzv seçilən Firuz Abdullanı əvəzləyib.

Son xəbərlər

Orphus sistemi