"Səbail" klubunda transferlərə dair qərar Müşahidə Şurasının iclasında veriləcək

"Səbail" klubunda transferlərə dair qərar Müşahidə Şurasının iclasında veriləcək Yusif Həsənov: "İndidən hansısa futbolçu ilə danışıqlar apardığımızı demək tezdir"
Futbol
26 Aprel , 2017 18:01
Səbail klubunda transferlərə dair qərar Müşahidə Şurasının iclasında veriləcək
Report.az

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasına vəsiqə qazanmağa yaxın olan "Səbail" klubunda yeni transferlərlə bağlı məsələ Müşahidə Şurasının iclasında müzakirəyə çıxarılacaq. 

Bu barədə "Report"a klubun icraçı direktoru Yusif Həsənov məlumat verib. Y.Həsənov bildirib ki, özünün də üzvü olduğu şuranın iclası yaxın günlərdə keçiriləcək. O, hazırda I Divizionda son turun "Bakılı" ilə oyununu düşündüklərini bildirib: "Düzdür, maraqlandığımız oyunçular var. Amma hələlik heç biri ilə danışıqlara başlamamışıq. Sabah "Bakılı" ilə matçda lazımi nəticəni əldə edərək, ilk "3-lük"dəki yerimizi qoruduqdan sonra Premyer Liqa ilə bağlı müzakirələri Müşahidə Şurasının iclasında aparacağıq. Ona görə də indidən hansısa futbolçu ilə danışıqlar apardığımızı demək tezdir". 

Qeyd edək ki, "Səbail" 25 turdan sonra 54 xalla 2-ci pillədə qərarlaşıb. Artıq 58 xala malik "Turan Tovuz" I Divizionda çempionluğu təmin edib. Hərəyə 52 xala malik "Qaradağ Lökbatan" və "Ağsu" klubları 3-4-cü yerləri bölüşürlər.  Aprelin 27-də keçiriləcək XXVI turun oyunlarında "Qaradağ Lökbatan" "Turan Tovuz"un, "Ağsu" isə "Şəmkir"in qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi