Bakı. 22 iyun. REPORT.AZ/ "Səbail" futbol klubuna yeni məşqçi cəlb olunub.
Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, makedoniyalı Toni Boqdanovskidir. Boqdanovski baş məşqçi Aftandil Hacıyevin fitnes və fiziki hazırlıq üzrə köməkçisi olacaq.
O, əvvəllər Makedoniyanın "Rabotniçki", "Metallurq" kimi klublarında çalışıb.