"Səbail" klubu uşaqlar üçün bayram şənliyi keçirəcək

"Səbail" klubu uşaqlar üçün bayram şənliyi keçirəcək Bayram şənliyi "Bayıl Arena"da keçiriləcək
Futbol
19 Dekabr , 2016 20:46
Səbail klubu uşaqlar üçün bayram şənliyi keçirəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubu yeni il öncəsi uşaqlar üçün bayram şənliyi keçirəcək. 

"Report"un məlumatına görə, "Sehirli Yolka" şənliyi dekabrın 24-də olacaq.

Şənlik "Bayıl Arena"da baş tutacaq. Bayram şənliyində iştirak etmək istəyənləri bu ilin ən maraqlı, ən əyləncəli və bol hədiyyəli tədbiri gözləyir. Şənlikdə musiqi, əyləncə, animatorlar, klounlar, şar şousu, rəqslər və "Səbail" klubunun futbolçuları ilə futbol matçı olacaq.

Yeni il şənliyinə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi