“Səbail” klubu növbəti transferini reallaşdırıb

“Səbail” klubu növbəti transferini reallaşdırıb "Kəpəz"in keçmiş kapitanı ilə müqavilə bağlanılıb
Futbol
30 May , 2018 16:58
“Səbail” klubu növbəti transferini reallaşdırıb
“Kəpəz”in kapitanı olan Şəhriyar Rəhimov / Report
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ “Səbail” klubu yay fasiləsində növbəti futbolçu transferini həyata keçirib.

Klubun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, paytaxt təmsilçisi ötən mövsüm “Kəpəz”in kapitanı olan Şəhriyar Rəhimovu heyətinə qatıb. 29 yaşlı sol cinah müdafiəçisi ilə bir illik müqavilə bağlanılıb.

Qeyd edək ki, mövsüm başa çatandan sonra 12 futbolçu ilə yollarını ayıran “Səbail” Azərbaycan millisinin üzvləri Rahid Əmirquliyev və Ağabala Ramazanovla bir illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi