"Səbail" klubu Moldova millisinin futbolçusunu geri qaytarıb

"Səbail" klubu Moldova millisinin futbolçusunu geri qaytarıb Onunla rəsmi müqavilə tezliklə bağlanılacaq
Futbol
21 Avqust , 2018 12:15
Səbail klubu Moldova millisinin futbolçusunu geri qaytarıb
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ "Səbail" klubu Moldova milli komandasının futbolçusu Yevgeni Koçuku geri qaytarıb. 

Klubun mətbuat xidmətinin rəhbəri Tora Əhmədovanın "Report"a verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə tezliklə bağlanılacaq. Koçuk Bayıl komandasına azad agent statusu ilə keçib. O, avqustun 17-də Slovakiya "Jilina"sı ilə müqaviləsini pozub.  

Qeyd edək ki, Yevgeni Koçuk 2017-2018 mövsümünün ikinci yarısında da “Səbail”də çıxış edib və 13 oyuna 2 qol vurub. Moldova millisində  isə o, 10 oyun keçirib. 

Son xəbərlər

Orphus sistemi