"Səbail" klubu Meksika yığmasının sabiq futbolçusunu heyətinə qatıb

"Səbail" klubu Meksika yığmasının sabiq futbolçusunu heyətinə qatıb Bakı. 8 avqust. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” klubu daha bir əcnəbi futbolçunun transferini reallaşdırıb.
Futbol
8 Avqust , 2018 19:43
Səbail klubu Meksika yığmasının sabiq futbolçusunu heyətinə qatıb

Bakı. 8 avqust. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” klubu daha bir əcnəbi futbolçunun transferini reallaşdırıb.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu heyətinə qatıb. 

Qeyd edək ki, Edqar Paçeko son olaraq Kiprin "Ermis" komandasında çıxış edib. O, 2011-ci ildə Meksika çempionatının, 2014-cü ildə isə ölkə kubokunun qalibi olub. Paçeko həmçinin Meksika yığmasının da formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi