Yuxarı
    Bağlamaq

    "Səbail" klubu futbolda nadir hallarda rast gəlinən hesabla qalib gəlib - VİDEO

    Oyun 11:3 hesabı ilə başa çatıb

    Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubu futbolda nadir hallarda rast gəlinən hesabla qələbə qazanıb. 

    "Report"un məlumatına görə, bu, XIII turda "Bakılı" ilə ev oyununa təsadüf edib. 

    Paytaxt komandalarının görüşündə qapılara 14 top vurulub. "Sabail"in 11:3 hesabı ilə qalib gəldiyi qarşılaşmada baş məşqçi Elman Sultanovun rəhbərlik etdiyi komandanın oyunçularından Bayram Budaqov "poker", Ramazan Abbasov "dubl" edib, digər qolları Orxan Səfiyaroğlu, Anar Babayev, Bəxtiyar Məsiməliyev, Təyyar Məmmədov, və Elvin Adışirinli vurub. Bununla da "Səbail" ilk dövrəni 25 xalla 4-cü pillədə tamamlayıb.

    Qeyd edək ki, XIII turun bu gün keçiriləcək daha 4 oyunundan sonra I Divizionda qış fasiləsi yaranacaq. Növbəti tura 2017-ci ilin fevralın 1-də start veriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi