"Səbail" klubu 23 yaşlı müdafiəçini heyətinə qatıb

"Səbail" klubu 23 yaşlı müdafiəçini heyətinə qatıb Qvanzav Maqomedovla 1.5 illik müqavilə imzalanıb
Futbol
30 Yanvar , 2017 19:35
Səbail klubu 23 yaşlı müdafiəçini heyətinə qatıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubu qış transfer dövründə növbəti transferini həyata keçirib. 

"Report"un məlumatına görə, komanda müdafiəçi Qvanzav Maqomedovu heyətinə cəlb edib və 23 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qvanzav Maqomedov indiyə kimi Rusiyada "Krılya Sovetov", Azərbaycanda isə "Şahdağ", "Bakı", "Zirə" və AZAL kimi komandaların şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi