"Səbail" klubu 2 qapıçı transfer edib

"Səbail" klubu 2 qapıçı transfer edib Emil Balayev və Rəşad Əzizli ilə müqavilə bağlanılıb
Futbol
16 Yanvar , 2017 18:08
Səbail klubu 2 qapıçı transfer edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində Azərbaycan I Divizionunun ikinci dövrəsinə hazırlıqlarını davam etdirən "Səbail" futbol klubu heyətini iki qapıçı ilə gücləndirib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"dan Emil Balayev və AZAL-dan Rəşad Əzizli mövsümün sonuna qədər icarə əsasında komandanın şərəfini qoruyacaq.

"Neftçi"nin yetirməsi olan 22 yaşlı E.Balayev indiyədək "Neftçi", "Sumqayıt", "Araz Naxçıvan", Almaniya "Ayntraxt Frankfurt"u və son olaraq "Qarabağ"ın şərəfini qoruyub. Bir neçə dəfə Azərbaycanın əsas millisinə də dəvət alan gənc qapıçı 21 yaşadək futbolçulardan ibarət yığmanın da formasını geyinib.

23 yaşlı Rəşad Əzizli isə "İnter", "Neftçi", "Simurq", "Rəvan" və son olaraq AZAL-ın uğurları üçün tər töküb. Əzizli U-17, U-19 və U-21 millilərinin də formasını geyinib.

Son xəbərlər

Orphus sistemi