Yuxarı

"Səbail"in legioneri ili erkən başa vurub

"Səbail"in legioneri ili erkən başa vurub

“Səbail”in legioner futbolçusu Eriko da Silva uzun müddətə sıradan çıxıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “dənizçilər”in Premyer Liqanın I turunda “Zirə”ni evdə 1:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnən braziliyalı mərkəz müdafiəçi 3 aydan 5 ayadək futboldan kənarda qalacaq.

Bu isə o deməkdir ki, əcnəbi oyunçu ili erkən başa vurub.

Qeyd edək ki, “Səbail” Eriko da Silvanı yay fasiləsində heyətinə qatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi