"Səbail"in kapitanı: "Türkiyə toplanışının komandamıza çox böyük xeyri dəyəcək"

"Səbail"in kapitanı: "Türkiyə toplanışının komandamıza çox böyük xeyri dəyəcək" "Antalyadakı atmosfer tam fərqli olacaq"
Futbol
4 Yanvar , 2017 16:12
Səbailin kapitanı: Türkiyə toplanışının komandamıza çox böyük xeyri dəyəcək

Bakı. 4 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan "Səbail" klubu ikinci dövrənin hazırlıq prosesinə yanvarın 5-dən start verəcək. "Report"un məlumatına görə, kapitan Saşa Yunisoğlu klubun rəsmi saytına açıqlamasında hazırlıqların gedişi və Türkiyə toplanışı ilə bağlı danışıb. 

O, hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Yunisoğlu yeni transferlərin də heyətə qoşulacaqlarını söyləyib: "Məqsədimiz çempionluq olduğundan, məşqlərə çox ciddi yanaşırıq. Türkiyə toplanışının komandamıza çox böyük xeyri dəyəcək. Ən başlıcası, Antalyadakı atmosfer tam fərqli olacaq. Gündə 2-3 məşqə çıxacağıq. Həmçinin, güclü komandalarla yoldaşlıq görüşləri keçirəcəyik ki, ikinci dövrədəki oyunlarda bunun bəhrəsini görəcəyik".

Qeyd edək ki, yanvarın 13-dən başlanacaq Antalya toplanışı iki həftəyədək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi