"Səbail"in futbolçusu Yevgeni Koçuk: "Əlverişli epizodlardan pis istifadə edirik"

"Səbail"in futbolçusu Yevgeni Koçuk: "Əlverişli epizodlardan pis istifadə edirik" Bakı. 2 aprel. REPORT.AZ/ Kifayət qədər maraqlı oyun alındı. Neftçi yaxşı rəqibdir, topa yaxşı nəzarət edir. Lakin bizim də qol imkanlarımız oldu. Bu, hesab 0:0 olduğu vaxtda, 0:1 hesabı ilə geri düşdükdən sonra da baş verdi.
Futbol
2 Aprel , 2018 23:53
Səbailin futbolçusu Yevgeni Koçuk: Əlverişli epizodlardan pis istifadə edirik

Bakı. 2 aprel. REPORT.AZ/ "Kifayət qədər maraqlı oyun alındı. "Neftçi" yaxşı rəqibdir, topa yaxşı nəzarət edir. Lakin bizim də qol imkanlarımız oldu. Bu, hesab 0:0 olduğu vaxtda, 0:1 hesabı ilə geri düşdükdən sonra da baş verdi".

"Report"un məlumatına görə, bunu "Səbail"in futbolçusu Yevgeni Koçuk səfərdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Moldovalı hücumçu bildirib ki, qol imkanlarından maksimum yararlanmaq lazımdır:

"Əlverişli epizodlardan pis istifadə edirik. Bunun üzərində çalışacaq, məşqlərdə qapıya daha çox dəqiq zərbələr endirməyə diqqət yetirəcək və gələcək matçlarda qollar vuracağıq".

Barışmaz oyununu meydanda dostunun olmaması ilə əlaqələndirən 25 yaşlı forvardın fikrincə, qalib gəlmək istəyən hər kəs belə çıxış etməlidir. O, ilk yarıda "Səbail"in, ikinci hissədə isə "Neftçi"nin daha yaxşı oynaması fikri ilə razılaşmayıb:

"Bilmirəm ki, bu barədə nə deyim. Çünki özüm belə bir şey hiss etmədim. Düzdür, ikinci hissədə topa nəzarətdə "Neftçi" daha üstün idi. Amma topa nəzarətlə qol imkanı yaratmaq fərqli anlayışlardır. Qoladək belə hal görmədik".

Koçuk ikinci hissədə əvəzlənməsini kiçik zədə ilə əlaqələndirib: "Bu səbəbdən, özümü yaxşı hiss etmirdim".

"Səbail"ə qış fasiləsində cəlb olunmuş Yevgeni Koçuk "Neftçi" ilə görüşdə 79 dəqiqə meydanda olub.

Son xəbərlər

Orphus sistemi