"Səbail"in futbolçusu Maykl Essyen zədələnib

"Səbail"in futbolçusu Maykl Essyen zədələnib Səbail komandası Azərbaycan Premyer Liqasının XII turunda qarşılaşağı Sabahla görüşə itkilərlə çıxacaq.
Futbol
22 Noyabr , 2019 14:08
Səbailin futbolçusu Maykl Essyen zədələnib

"Səbail" komandası Azərbaycan Premyer Liqasının XII turunda qarşılaşağı "Sabah"la görüşə itkilərlə çıxacaq. 

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarımmüdafiəçi Maykl Essyen, müdafiəçi İqor Korotetski və hücumçu Mirabdulla Abbasov zədə səbəbindən həmin qarşılaşmanı buraxacaq. 

Digər hücumçu Ağabala Ramazanov isə sarı vərəqə limiti ilə əlaqədar oynaya bilməyəcək. 

Qeyd edək ki, noyabrın 23-də keçiriləcək "Səbail" - "Sabah" matçı saat 15:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi