Yuxarı

"Səbail"in futbolçusu Fransa və İslandiya ilə oyunlara dəvət edilib

"Səbail"in futbolçusu Fransa və İslandiyaya qarşı

Moldova millisinin yeni baş məşqçisi Engin Fırat Fransa və İslandiya yığmaları ilə AVRO-2020-nin seçmə oyunlarına çağırılan legionerlərin siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasından yalnız "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuka dəvət göndərib. Əvəzində "Keşlə"nin qapıçısı Stanislav Namaşko yenə kənarda qalıb. Namaşko sonuncu dəfə iyunun 8-də Albaniya və iyunun 11-də Andorra ilə keçirilmiş matçlara çağırılıb. Lakin o, həmin qarşılaşmalarda ehtiyatda saxlanılıb.

Qeyd edək ki, Moldova Fransa ilə noyabrın 14-də səfərdə, İslandiya ilə iyunun 17-də evdə üz-üzə gələcək. Yevgeni Koçukun komandası 8 oyundan 3 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi