“Səbail”in baş məşqçisi: "Bizi daha çətin oyunlar gözləyir"

“Səbail”in baş məşqçisi: "Bizi daha çətin oyunlar gözləyir" Bakı. 20 oktyabr. REPORT.AZ/ “Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda məzmunlu və sürətli futbol sərgilədi. Layiqli müqavimət apara bildik. Buna görə təşəkkür edirəm. Bu tempi saxlaya bilsək, lazımi xalları toplaya bilərik. Bunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq. Bizi daha çətin oyunlar gözləyir. Hələ əsas rəqiblərimizlə qarşıda oynayacağıq”.
Futbol
20 Oktyabr , 2018 21:26
“Səbail”in baş məşqçisi: Bizi daha çətin oyunlar gözləyir
Aftandil Hacıyev

Bakı. 20 oktyabr. REPORT.AZ/ “Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda məzmunlu və sürətli futbol sərgilədi. Layiqli müqavimət apara bildik. Buna görə təşəkkür edirəm. Bu tempi saxlaya bilsək, lazımi xalları toplaya bilərik. Bunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq. Bizi daha çətin oyunlar gözləyir. Hələ əsas rəqiblərimizlə qarşıda oynayacağıq”.

"Report"un məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının VIII turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib. 

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Yenə rəqibiniz protokolda səhvə yol verdiyi üçün texniki məğlubiyyətlə üzləşə bilər. Daha əvvəl "Zirə" də sizinlə oyunda eyni halla üzləşmişdi. Bu baxımdan sizi şanslı baş məşqçi hesab etmək olarmı?

- Mən də məlumatı indi eşitdim ki, texniki səhv olub. “Zirə” ilə oyunda da, bu gün də layiqli oyun göstərmişdik. Bu da Allahın qismətidir, hədiyyədir. Bundan imtina edə bilmərik. Belə bir səhv bizim də başımıza gələ bilər. Belə səhv yenə də “Qarabağ”ın gücünü azaltmır. Onlar ölkəmizin ən güclü komandasıdır, desəm, yanılmaram. Son illərin çempionudur. Ümid edirəm ki, avrokuboklarda bizi sevindirərlər.

Son xəbərlər

Orphus sistemi