"Səbail"in baş məşqçisi Aftandil Hacıyev: "Səfərdə planımız gerçəkləşərsə, 2:0 hesabı ilə qalib gələ bilərik"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev: "Səfərdə planımız gerçəkləşərsə, 2:0 hesabı ilə qalib gələ bilərik" Rəqibin gücünün şahidi olduq. Azarkeşlər üçün maraqlı oyun alındı.
Futbol
11 İyul , 2019 23:20
Səbailin baş məşqçisi Aftandil Hacıyev: Səfərdə planımız gerçəkləşərsə, 2:0 hesabı ilə qalib gələ bilərik

"Rəqibin gücünün şahidi olduq. Azarkeşlər üçün maraqlı oyun alındı".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Rumıniyanın "Universitatya" komandasına 2:3 hesablı məğlubiyyətdən sonra söyləyib.

38 yaşlı mütəxəssis "ASCO Arena"da baş tutan mətbuat konfransında "Rəqib həm daha keyfiyyətli futbolçulara malikdir, həm də komplektləşmə bizdəki kimi deyil. Buna baxmayaraq yaxşı mübarizə apardıq. Sadəcə olaraq, rəqib futbolçuların fərdi ustalığı öz sözünü dedi".

Baş məşqçi deyib ki, komandanın hazırlıq səviyyəsinin istənilən şəkildə olmamasında nə rəhbərliyin, nə də məşqçilərin səhvi var: "Bu gün günahkar axtarmırıq. Sadəcə olaraq, səbəbləri deməliyəm. Oyunçularımızın fiziki durumu lazımı səviyyədə deyil. Yorulduqdan sonra konsentrasiya itməyə başlayır. Bu gün rəqib daha hazırlıqlı idi. "Səbail" gənc klubdur və stabil büdcəyə malikdir. Ancaq gələcəkdə büdcə artsa, daha yüksək səviyyəli oyunçular götürə bilərik. Demirəm ki, əlimizdə olanlar keyfiyyətsizdir. Sadəcə, heyəti daha da gücləndirə bilərik. Hazırda Mirabdulla Abbasovdan heç nə gözləmirik. Komandaya gec qoşulub. Hazırda onunla rəqabət aparacaq futbolçu yoxdur. Bu, problemdir. İstərdik ki, bəzi mövqelərdə rəqabəti artıraq".

Hacıyevin sözlərinə görə, "Səbail"in cavab matçında geridönüş etməsi çətin olacaq: "Oyuna müdaxilə etməkdə gecikdiyimizi düşünmürəm. İki və üçüncü qol ardarda gəldi. Ağabala Ramazanova çempionatda da hücumda şans vermişik. Bu gün pis alınmadı. Amma rəqib topa sahib olmaq baxımından üstün idi. Futbolçularımız bilməlidirlər ki, səfərdə çətin olacaq. Cavab matçında geri dönüş etmək çətin görünür. Səfərdə planımız gerçəkləşərsə, 2:0 hesabı ilə qalib gələ bilərik. Amma yenə də deyirəm ki, bu, çətin məsələdir. Bu gün "Səbail" ilə "Universitatya"nı müqayisə etmək hələ tezdir. Ancaq bu məqam bizi ruhdan salmır. Sürpriz hər zaman mümkündür.

Bu gün Essyenin "Çelsi"də, "Real Madrid"də oynayan vaxtı deyil. O, iki ay yarım əvvəl komandamıza gəlib. Bundan öncə isə il yarım futbol oynamayıb. Essyenə görə kiminsə bizi varlı klub qismində qələmə verməyə normaldır. Ancaq reallıq fərqlidir. Essyenin hansı vəziyyətdə olmasını biz yaxşı bilirik".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.

Son xəbərlər

Orphus sistemi