"Səbail" icarəyə götürdüyü futbolçunun qardaşını da transfer edib

"Səbail" icarəyə götürdüyü futbolçunun qardaşını da transfer edib “Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
6 İyul , 2019 14:15
Səbail icarəyə götürdüyü futbolçunun qardaşını da transfer edib

“Səbail” klubu heyətinə yeni futbolçu cəlb edib.

Klubun mətbuat katibi Törə Əhmədovanın “Report”a verdiyi məlumata görə, “dənizçilər” Mirsahib Abbasovla anlaşıblar. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb. Onun adı Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya təmsilçisi “Universitatya” ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

“Səbail” yay fasiləsində Abbasovun kiçik qardaşı Mirabdulla Abbasov “Neftçi”dən icarəyə götürüb.

Qeyd edək ki, Mirsahib Abbasov ötən mövsüm “Zirə”də çıxış edib. O, daha əvvəl “Keşlə”nin də formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi