"Səbail" "İnter"i minimal hesabla məğlub edib

"Səbail" "İnter"i minimal hesabla məğlub edib ​Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun ilk oyunu keçirilib
Futbol
20 Oktyabr , 2017 20:01
Səbail İnteri minimal hesabla məğlub edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun ilk oyunu keçirilib. 

"Report"un məlumatına görə, "Dalğa Arena"da "Səbail" "İnter"i qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 16-cı dəqiqədə Murtuz Abakarov vurub.

3-cü qələbə sayəsində xallarını 9-a çatdıran "Səbail" 5-ci pilləyə yüksəlib. Ardıcıl 3-cü məğlubiyyətlə üzləşən "İnter" isə 6-cı pilləyə enib.

Qeyd edək ki, oktyabrın 21-də "Kəpəz" - "Neftçi" və "Sumqayıt" - "Zirə", oktyabrın 22-də isə "Qəbələ" - "Qarabağ" matçı keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi