"Səbail" gürcüstanlı futbolçu ilə müqavilə bağlayıb

"Səbail" gürcüstanlı futbolçu ilə müqavilə bağlayıb Bakı. 7 fevral. REPORT.AZ/ “Səbail” klubu dövrələrarası fasilədə növbəti futbolçu transferini rəsmiləşdirib.
Futbol
7 Fevral , 2018 13:40
Səbail gürcüstanlı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 7 fevral. REPORT.AZ/ “Səbail” klubu dövrələrarası fasilədə növbəti futbolçu transferini rəsmiləşdirib.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi bir müddətdi baxışda olan müdafiəçi Nikoloz Apakidze ilə müqavilə bağlayıb. Gürcüstanlı legionerlə sözləşmənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Səbail” qış fasiləsində Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Kərim Diniyev ("Kəpəz"), Yevgeni Koçuk ("Jilina", Slovakiya, icarə) və Ruslan Əmircanovla müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi