"Səbail" futbol klubu loqosunu dəyişib

"Səbail" futbol klubu loqosunu dəyişib Yeni loqo minimalizm tendensiyası əsasında yaradılıb
Futbol
28 İyul , 2017 15:30
Səbail futbol klubu loqosunu dəyişib

Bakı. 28 iyul. REPORT.AZ/ 2017/2018 futbol mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək "Səbail" klubu loqosunu dəyişib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, loqonun mərkəzində klubun adının birinci hərfini əks etdirən “S” yer alıb.

Bütövlükdə klubun özünü simvolizə edən hərfin ətrafında mavi rəngin iki çaları öz əksini tapıb. Bunlardan nisbətən açıq rəngdə olanı dəniz, daha tünd rənglisi isə dəniz dalğası anlamındadır.

Sulara qərq olmuş Səbail qalası haqqında əfsanənin motivlərini özündə əks etdirən loqotip daha çox sadəliyi ilə diqqət çəkir və son dövrlərdə bir çox klubların müraciət etdiyi minimalizm tendensiyası əsasında yaradılıb.

Son xəbərlər

Orphus sistemi