"Səbail" daha iki futbolçusu ilə sözləşməni yeniləyib

"Səbail" daha iki futbolçusu ilə sözləşməni yeniləyib Səbail klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Futbol
13 May , 2019 20:27
Səbail daha iki futbolçusu ilə sözləşməni yeniləyib

"Səbail" klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Azərbaycan millisinin müdafiəçisi Şəhriyar Rəhimov və yarımmüdafiəçi Vüqar Beybalayevdir.

Paytaxt klubu Rəhimovla ikiillik, Beybalayevlə isə bir illik sözləşmə imzalayıb.

Qeyd edək ki, "Səbail" daha öncə kapitanı Rahid Əmirquliyev, qapıçısı Aleksandr Rıbka və hücumçusu Ağabala Ramazanovla da müqavilənin müddətini yeniləyib. 

Son xəbərlər

Orphus sistemi