"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb

"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb Azərbaycanı Avropa Liqasında təmsil edəcək Səbail komandası daha bir futbolçu ilə yollarını ayırıb.
Futbol
19 İyun , 2019 02:07
Səbail daha bir futbolçu ilə yollarını ayırıb

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" komandası daha bir futbolçu ilə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi müdafiəçi Maudo Jarjue ilə vidalaşıb. Qvineya-Bisaudan olan 22 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.

"Səbail" Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sı ilə üz-üzə gələcək. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.

Qeyd edək ki, Maudo Jarjue "Səbail"də çıxış etdiyi iki mövsüm ərzində 50 matçda 4686 dəqiqə forma geyinib.

Son xəbərlər

Orphus sistemi