"Səbail" braziliyalı futbolçu transfer edib

"Səbail" braziliyalı futbolçu transfer edib Bakı. 26 iyul. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” klubu daha bir futbolçunu heyətinə qatıb.
Futbol
26 İyul , 2018 17:29
Səbail braziliyalı futbolçu transfer edib

Bakı. 26 iyul. REPORT.AZ/ 2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” klubu daha bir futbolçunu heyətinə qatıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı braziliyalı müdafiəçi Enrike Moura ilə 1+1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Moura karyerası ərzində Braziliyanın "Vila-Nova", "Qoyas", "Aparesidense", "Qremio" (Anapolis), "Parauapebas", "Klub Remo" komandalarında çıxış edib. Onun son klubu Kosta-Rika təmsilçisi "Deportivo Saprissa" olub.

Son xəbərlər

Orphus sistemi