"Səbail" İran, Qvineya, Kamerun və Kürasaodan olan futbolçulardan imtina edib

"Səbail" İran, Qvineya, Kamerun və Kürasaodan olan futbolçulardan imtina edib Səbail klubunun baxışda olan futbolçularla bağlı qərarı bəlli olub.
Futbol
22 Yanvar , 2020 19:09
Səbail İran, Qvineya, Kamerun və Kürasaodan olan futbolçulardan imtina edib

"Səbail" klubunun baxışda olan futbolçularla bağlı qərarı bəlli olub.

Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis Orxan Əliyevin baxışdan uğurlu keçə bilmədiyini sözlərinə əlavə edib. Hacıyev iranlı Yusif Seyedinin, qvineyalı Fousseni Bambanın, kamerunlu Yannik Makotanın və Kürasaodan olan Doriano Kortstamın baxışda olduğunu, lakin bəyənilmədiyini vurğulayıb: "Onların səviyyələri bizim oyunçular ilə eyni idi. Bu səbəbdən komandaya cəlb etmədik. Baxışda olan digər oyunçu Rafael Ağayev isə Rusiya vətəndaşıdır. Gənc futbolçudur və bizim ölkəmizdə legioner hesab olunacaq. Həm də başqa təklifləri dəyərləndirmək istədi".

Qeyd edək ki, İran Premyer Liqasında çıxış edən "Traktor" klubunun yetirməsi olan Peyman Keşavarz da "Səbail"də baxışda olub. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Son xəbərlər

Orphus sistemi