"Səbail" klubu baş məşqçisinin müqavilə şərtlərini dəyişdirib

"Səbail" klubu baş məşqçisinin müqavilə şərtlərini dəyişdirib Səbail klubunun rəhbərliyi məşqçilər korpusunun işini müzakirə edərək müvafiq qərarlar çıxarıb.
Futbol
13 İyun , 2019 17:22
Səbail klubu baş məşqçisinin müqavilə şərtlərini dəyişdirib

"Səbail" klubunun rəhbərliyi məşqçilər korpusunun işini müzakirə edərək müvafiq qərarlar çıxarıb. 

Bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib.

O bildirib ki, baş məşqçi Aftandil Hacıyevin davam edən müqaviləsinin şərtləri dəyişdirilib.  

Hacıyevin köməkçisi kimi məşqçilər korpusunda fəaliyyət göstərən mütəxəssislərlə isə yeni mövsümdə də çalışmaq barədə qərar qəbul edilib. Emin Ağayev, Yaşar Hüseynov, Fərhad Vəliyev və Toni Boqdanovski ilə 1 illik yeni müqavilə imzalanıb. 

Qeyd edək ki, "Səbail" 2018/2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak etməyə haqq qazanıb. 

Son xəbərlər

Orphus sistemi