"Səbail" Avroliqada cavab oyunu üçün Rumıniyaya çatıb

"Səbail" Avroliqada cavab oyunu üçün Rumıniyaya çatıb Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya Universitatyası ilə cavab oyunu üçün səfərə çıxan Səbail komandası Krayova şəhərinə çatıb.
Futbol
17 İyul , 2019 04:27
Səbail Avroliqada cavab oyunu üçün Rumıniyaya çatıb

Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya "Universitatya"sı ilə cavab oyunu üçün səfərə çıxan "Səbail" komandası Krayova şəhərinə çatıb. 

"Report"un məlumatına görə, kollektiv əvvəlcə Türk Hava Yollarına məxsus Bakı - İstanbul - Buxarest təyyarə reysi ilə Rumıniya paytaxtına gedib. Oradan isə nümayəndə heyəti avtobusla matçın keçiriləcəyi şəhərədək 4 saatlıq yol qət edib.

Heyətdə mərkəz müdafiəçisi Elvin Yunuszadə ağrıları üzündən son məşqləri buraxmalı olub. Lakin o da səfərə çıxanlar arasındadır. Yunuszadənin oyunadək hazır olacağına ümid bəslənilir.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da "Səbail"in görüşün keçiriləcəyi İon Oblemenko stadionunda məşqi və baş məşqçi Aftandil Hacıyevin mətbuat konfransı olacaq. Oyun isə iyulun 18-də eyni saatda başlanacaq.

Buxarest hava limanında "Səbail"in qanalı yarımmüdafiəçisi Maykl Essyenə maraq diqqətdən yayınmayıb. Yerli sakinlər ulduz futbolçu ilə şəkil çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi