Yuxarı

"Səbail" klubu Türkiyədən qələbə ilə dönür

Bakı klubu Antalyada sonuncu yoxlama oyununu keçirib

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Səbail" klubu Antalyada sonuncu yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub.

Oyun Bakı klubunun 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Səbail”in qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.

Xatırladaq ki, "Səbail" yanvarın 28-i Antalya toplanışını yekunlaşdıraraq günorta saatlarında vətənə dönəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi