Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu gün Ukraynada keçiriləcək "Şaxtyor" - "Malmö" (İsveç) oyunu öncəsi klub azarkeşləri arasında kütləvi dava baş verib.
"Report" TSN telekanalına istinadən xəbər verir ki, davada onlarla fanat iştirak edib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gələn kimi dava iştirakçıları qaçmağa başlayıblar, lakin 10 nəfər saxlanılıb. Hazırda polis araşdırma aparır.