"Şaxtyor" komandasına yeni baş məşqçi təyin olunub

"Şaxtyor" komandasına yeni baş məşqçi təyin olunub Ukraynanın Şaxtyor (Donetsk) futbol komandasına yeni baş məşqçi təyin olunub.
Futbol
12 İyun , 2019 18:24
Şaxtyor komandasına yeni baş məşqçi təyin olunub

Ukraynanın "Şaxtyor" (Donetsk) futbol komandasına yeni baş məşqçi təyin olunub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı Luiş Kaştru ilə 2 illik müqavilə bağlanılıb.

57 yaşlı mütəxəssis İtaliya "Roma"sının sükanı arxasına keçən həmyerlisi Paulu Fonsekanı əvəzləyib. Kaştru əvvəllər Portuqaliyanın "Portu", "Vitoriya "Gimaraynş"kimi komandalarının baş məşqçisi olub. O, 2018/2019 mövsümündə "Vitoriya "Gimaraynş"la 5-ci yeri tutub.

Qeyd edək ki, Luiş Kaştru "Şaxtyor"un 33-cü baş məşqçisidir.

Son xəbərlər

Orphus sistemi