"Sauthempton" baş məşqçisini istefaya göndərib

"Sauthempton" baş məşqçisini istefaya göndərib Klub 30 turdan sonra 28 xalla turnir cədvəlində 17-ci yerdə qərarlaşıb
Futbol
13 Mart , 2018 05:58
Sauthempton baş məşqçisini istefaya göndərib

Bakı. 13 mart. REPORT.AZ/ İngiltərənin "Sauthempton" klubu baş məşqçi Maurisio Pelleqrino ilə yollarını ayırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, komandanı Pelleqrino ilə birgə onun köməkçiləri Karlos Kompanççi və Ksavye Tamarit də tərk edəcək.

Argentinalı mütəxssis bu postda ötən il Klod Püeli əvəz edib. 45 yaşlı məşqçi "müqəddəslər"lə üç il müddətinə müqavilə imzalayıb, lakin komanda rəhbərliyi müqaviləni vaxtından əvvəl pozmaq qərarına gəlib.

Klub 30 turdan sonra 28 xalla turnir cədvəlində 17-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi