Saşko Pandev: “Maliyyə, zəhmət və sabitlik Azərbaycan futboluna uğur gətirib”

Saşko Pandev: “Maliyyə, zəhmət və sabitlik Azərbaycan futboluna uğur gətirib” "Bu uğur böyük zəhmətin nəticəsidir"
Futbol
28 Yanvar , 2018 22:51
Saşko Pandev: “Maliyyə, zəhmət və sabitlik Azərbaycan futboluna uğur gətirib”

Antalya. 28 yanvar. REPORT.AZ/ “Hazırda təlim-məşq toplanışındayıq, yaxşı hazırlaşırıq. Bu gün yoldaşlıq görüşü keçirəcəyik. Rəqib Azərbaycan komandasıdır. Düzünə qalsa, adını bilmirəm. “Sumqayıt”? Hə, doğrudur, xatırladım”.

Bunu “Report”a açıqlamasında 2011/12 mövsümündə Azərbaycanın “Muğan” klubunda çıxış etmiş Saşko Pandev deyib.

Tanınmış futbolçu Qoran Pandevin qardaşı olan 31 yaşlı forvard bu gün “Sumqayıt”la yoxlama oyunu zamanı Makedoniya təmsilçisi “Akademiya Pandev”in heyətində meydana çıxıb:

“Məqsədimiz yaxşı hazırlaşıb, Makedoniya çempionatında mümkün qədər yüksək pillələrə çıxmaqdır. Əsas odur ki, ciddi problemlərlə qarşılaşmayaq: zədələr çox olmasın, yüklənməmizi düzgün hesablayaq.

Azərbaycanı neçə xatırlayırsınız?

- Çox yaxşı. Oradakı münasibətdən narazı qalmamışdım.

Azərbaycan futbolunu izləyirsiniz?

- Çox yaxından izlədiyimizi deməzdim, ancaq nəticələriniz var. Elə “Qarabağ”ın Çempionlar Liqasında oynaması az bir şey deyil. Bu uğur böyük zəhmətin nəticəsidir. Təbii ki, yaxşı maliyyəsiz də bu mümkün olmazdı. Maliyyə, zəhmət və sabitlik Azərbaycan futboluna uğur gətirib. Bundan sonra da qələbələr arzulayıram.

O vaxt “Muğan”da niyə az oynadınız?

- Xüsusi səbəbi yox idi. Sadəcə, rəhbərlik mənə yeni müqavilə təklif etmədi. Seçim onların idi.

Sonra Azərbaycandan təkliflər oldu?

- Xeyr. Amma olsaydı, Azərbaycanda oynamaq xoş idi. İndi də çağırsalar, böyük məmnuniyyətlə gələrəm.

Azərbaycanda dostunuz qalıb?

- Qapıçı Amil Ağacanovla mütəmadi yazışırıq.

Son xəbərlər

Orphus sistemi