Yuxarı

"Çelsi"nin baş məşqçisi və qapıçısı aralarında baş vermiş insidentə aydınlıq gətiriblər - VİDEO

Sarri və Kepadan insident açıqlaması

Bakı. 25 fevral. REPORT.AZ/ “Çelsi” komandasının qapıçısı Kepa Arrisabalaqa İngiltərə Liqa Kubokunda “Mançester Siti” ilə final oyununda əvəzlənməsinə etiraz edərək, meydanı tərk etməməsinə aydınqlıq gətirib.

“Report” xəbər verir ki, 24 yaşlı ispaniyalı qapıçı “Associated Press”ə açıqlamasında baş məşqçi Mauritsio Sarri ilə bir-birilərini düzgün başa düşmədiklərini deyib. O, baş verənləri bilə izah edib: “Heç bir halda məşqçinin sözünü yerə salmaram. Sadəcə, bir-birimizi düzgün başa düşmədik. Meydanı tərk etməkdən imtina etmirdim. Məşqçilər heyətinə qaydasında olduğumu söyləyirdim. Başa düşürəm, indi telekanallar və sosial şəbəkələrdə bu epizodu müzakirə edirlər. Ancaq mən baş məşqçiyə qarşı çıxmaq niyyətində deyildim”.

Sarri də BBC-yə açıqlamasında qapıçı ilə aralarında anlaşmazlıq olduğunu təsdiqləyib: “Vəziyyəti düzgün başa düşmədim və yalnız həkim ehtiyat skamyaya qayıtdıqdan sonra durumu anladım. Elə bildim ki, qapıçıda qıcolma var və penaltilər seriyasında iştirak edə bilməyəcək. Ancaq onun heç bir problemi yox imiş. Niyə skamiyanı tərk edib tunelə getdim? Çünki mənə sakitləşmək lazım idi. Kepa onu zədəyə görə əvəzləmək istədiyimi bilirdi, ancaq hər şeyin qaydasında olduğunu söylədi. O, haqlıdır”.

Qeyd edək ki, Mauritsio Sarri, “Mançester Siti” ilə final görüşündə əlavə vaxtın sonuncu dəqiqəsində zədələndiyi üçün Kepa Arrisabalaqanı əvəzləmək istəyib. Lakin qapıçı buna etiraz edərək, meydanda qalıb və penalti seriyasında iştirak edib. Nəticədə “Çelsi” 3:4 hesabı ilə uduzub. Oyundan sonra ispaniyalı qolkiperin davranışı və həmin məqamda italiyalı mütəxəssisin özündən çıxması böyük səs-küyə səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi