Yuxarı
    Bağlamaq

    "Şapekoense" Cənubi Amerika Superkubokunun ilk oyununda qalib gəlib

    Qışda yeni heyət yığan klub Kolumbiya təmsilçisindən evdə üstün olub

    Bakı. 5 aprel. REPORT.AZ/ Braziliyanın "Şapekoense" komandası futbol üzrə Cənubi Amerika Super Kubokunun final mərhələsinin ilk oyununda qalib gəlib.

    “Report”un məlumatına görə, Cənubi Amerika Kubokunun qalibi elan edilən Braziliya təmsilçisi Libertadores Kubokunu qazanan Kolumbiya “Atletiko Nasyonal”ını evdə 2:1 hesabı ilə yenib. Qalib komandadan qolları 24-cü dəqiqədə Reynaldu, 74-cü dəqiqədə Luis Otavio, qonaqlardan isə  59-cu dəqiqədə Maknelli Torres vurub.  Cavab görüşü mayın 11-də keçiriləcək. 

    Qeyd edək ki, 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan “Şapekoense” klubunu üzvlərinin də olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib. Həyatını itirənlər arasında yer alan Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər. Cənubi Amerika Kubokunun digər finalçısı "Atletiko Nasional"ın müraciətindən sonra Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) kuboku "Şapekoense"yə verib. Klub rəhbərliyi qışda tam yeni heyət yığıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi