Sankt-Peterburqda AVRO-2020-nin loqosunun təqdimatı keçirilib

Sankt-Peterburqda AVRO-2020-nin loqosunun təqdimatı keçirilib Tədbirdə UEFA prezidenti də iştirak edib
Futbol
19 Yanvar , 2017 20:11
Sankt-Peterburqda AVRO-2020-nin loqosunun təqdimatı keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində futbol üzrə 2020-ci il Avropa çempionatınnın loqotipinin təqdimat mərasimi keçirilib. 

"Report"un məlumatına görə, mərasimdə UEFA prezidenti Aleksandr Çeferin və Rusiya Futbol İttifaqının prezidenti Vitaliy Mutko da iştirak ediblər. Mərasimə həmçinin Şimal paytaxtının qubernatoru Georgiy Poltavçenko, əfsanəvi sovet futbolçuları, şəhərin idmançıları və sakinləri də qatılıblar.

Loqonun əsas hissəsini körpü təşkil edir.

Qeyd edək ki, AVRO-2020 Avropanın 13 şəhərində keçiriləcək. Futbol azarkeşləri Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münhen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Hollandiya), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) bir araya gələcəklər.

Son xəbərlər

Orphus sistemi