Yuxarı

San-Marino yığmasının baş məşqçisi: "Azərbaycan layiqli qələbə qazandı"

Pyerancelo Mansaroli: Komandamız fiziki cəhətdən aşağı səviyyədə idi

San-Marino. 4 sentyabr. REPORT.AZ/ "Daha yaxşı oyun gözləyirdik. Azərbaycan layiqli qələbə qazandı. Bizim çıxışımız da yaxşı idi. Komanda fiziki cəhətdən aşağı səviyyədə idi".

"Report"un San-Marinoya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu San-Marino yığmasının baş məşqçisi Pyerancelo Mansaroli DÇ-2018-in seçmə mərhələsinin Azərbaycanla keçirilmiş oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Daha sonra baş məşqçi jurnalisltərin suallarını cavablandırıb:

- Qırmızı vərəqə komandanın çıxışına necə təsir göstərdi?

- Komanda ikinci hissəyə bir qədər yaxşı başladı. Amma qırmızı vərəqə bizi bir qədər çətin vəziyyətə saldı. Bu səbəbdən də təsnifat mərhələsinə uğurlu nəticə ilə başlaya bilmədik.

- Həmin epizodda qırmızı vərəqə verilməsi düzgün qərar idi?

- Həmin futbolçu çox gəncdir. Brolli gələcəkdə komanda üçün faydalı olacaq. Sadəcə onun gənc olması belə şərait yaratdı.

- Qələbədə Robert Prosineçkinin rolu oldu, yoxsa Azərbaycan millisinin?

- Fikrimcə baş məşqçinin... Məşqinin göstərişləri böyük rol oynadı. Ancaq ümumilikdə komanda nəticəni həll etdi.

Sonda verilən "Tribunaların boş qalmasının səbəbi nə idi? 6 600 tutumu olan stadiona təxminən 900 azarkeş gəlmişdi ki, onun da yarısı azərbaycanlı idi" sualını cavablandırmayan meydan sahiblərinin çalışdırıcısı və rəsmisi konfrans zalını tərk edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi