San Marino yığması 15 ildən sonra səfərdə qol vurub

San Marino yığması 15 ildən sonra səfərdə qol vurub "Cırtdan ölkə" yığması ilk qolunu Türkiyənin qapısından keçirib
Futbol
12 Oktyabr , 2016 11:00
San Marino yığması 15 ildən sonra səfərdə qol vurub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycanın rəqibi olan San Marino yığması tarixi qolunu vurub. 

"Report"un məlumatına görə, C qrupunda mübarizə aparan "cırtdan ölkə" komandası 15 il sonra yenidən dünya çempionatının seçmə qrup mərhələsinin səfər görüşündə fərqlənib.

Bu, oktyabrın 11-də Norveçlə səfər oyununa təsadüf edib. 54-cü dəqiqədə Mattia Stefanelli komandasının yeganə qolunun müəllifi olub.

Cari mövsümün ilk oyununda evdə Azərbaycana 0:1 hesabı ilə məğlub olan San Marino yığması mundialda sonuncu səfər qolunu DÇ-2002-nin seçmə qrup mərhələsində aprelin 25-də Latviyaya vurub.

Qeyd edək ki, San Marino dünya çempionatının seçmə mərhələləri tarixində ilk qolunu 1992-ci ildə Türkiyəyə vurub.

Son xəbərlər

Orphus sistemi