Samuel Eto Onun prezidentliyə namizədliyinin 1 aprel zarafatı olduğu üzə çıxıb

Samuel Eto Onun prezidentliyə namizədliyinin 1 aprel zarafatı olduğu üzə çıxıb Kamerunlu hücumçu saytda yazılanları hörmətsizlik kimi dəyərləndirib
Futbol
2 Aprel , 2018 15:24
Samuel Eto Onun prezidentliyə namizədliyinin 1 aprel zarafatı olduğu üzə çıxıb

Bakı. 2 aprel. REPORT.AZ/ Türkiyənin "Konyaspor" klubunun futbolçusu Samuel Eto O Kamerun prezidentliyinə namizədliyinin irəli sürüldüyünə dair xəbərlərə münasibət bildirib. 

"Report"un məlumatına görə, 38 yaşlı hücumçu şəxsi "Facebook" hesabı vasitəsilə yayımladığı açıqlamada "Jeune Afrique" saytında çıxan xəbərlərin doğru olmadığını söyləyib. O, zarafat bəhanəsi ilə özünə aid edilən sözləri hörmətsizlik kimi dəyərləndirib: "Kamerun vətəndaşı olaraq ölkəmin dövlət qurumlarına və onların rəhbərlərinə böyük hörmətim var. Xəbəri yazanlar 2018-ci il prezident seçkilərini və namizədləri belə bir zarafatda istifadə etməklə çox irəli gediblər".

Qeyd edək ki, saytda yayımlanan xəyali açıqlamada Eto Onun 2018-ci ildə Kamerunda keçiriləcək prezident seçkilərində namizəd olmaq istədiyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi