Yuxarı

"Qəbələ" və "Neftçi" klublarının Avropa Liqasındakı cavab oyunlarının hakimləri açıqlanıb

Oyunlar yunanıstanlı və ukraynalı hakimlərə tapşırılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia" və "Qəbələ" komandaları arasında Gürcüstanda keçiriləcək cavab görüşünün hakimləri açıqlanıb.

"Report"un məlumatına görə, oyunu Yunanıstandan olan hakimlər idarə edəcək.

Maçtın baş hakimi Georgios Kizas olacaq.

Bundan başqa, "Neftçi" və Maltanın "Baltsan" komandaları arasında keçiriləcək oyunda isə ukraynalı hakimlər briqadası iş başında olacaq.

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunu

7 iyul

19:00. "Samtredia" (Gürcüstan) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Georgios Kizas

Yan xətt hakimləri: Çasan Koula, İoannis Sipkas

Dördüncü hakim: Aleksandros Aretopoulos (hamısı Yunanıstan)

Zestafoni. David Abaşidze adına stadion

20:00. "Neftçi" (Azərbaycan) - "Baltsan" (Malta) 

Baş hakim: Yaroslav Kozık 

Yan xətt hakimləri: Yevgeni Xalamendik, Viktor Matyaş 

Dördüncü hakim: Mikola Balakin 

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda "Qəbələ" 5:1 hesabı ilə qələbə qazanıb. "Neftçi" isə ilk oyunda 2:0 hesablı qələbəyə sevinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi