​"Samtredia"nın baş məşqçisi: "Şanslar bərabərdir"

​"Samtredia"nın baş məşqçisi: "Şanslar bərabərdir" Qeya Tsetsadze: "Qəbələ"nin zəif və güclü tərəflərini müəyyənləşdirmişəm"
Futbol
29 İyun , 2016 20:40
​Samtredianın baş məşqçisi: Şanslar bərabərdir

Bakı. 29 iyun. REPORT.AZ/ "Qəbələ"yə qarşı oynamaq bizim üçün böyük hörmətdir. Oyunun nəticəsini sabah görəcəyik. Düşünürəm ki, şanslar bərabərdir". 

"Report"un məlumatına görə, bu fikirləri Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Qeya Tsetsadze Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə baş tutacaq oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi oyunu belə dəyərləndirib: "Qəbələ"nin bir neçə oyununu izləmişəm. Zəif və güclü tərəflərini müəyyənləşdirmişəm. Ancaq həmin məqamları açıqlaya bilmərəm. Sabah bizim xeyrimizə olan nəticə qaneedici ola bilər. Biz həmişə qələbə üçün meydana çıxırıq. Amma ola bilər ki, məğlub olaq. Hər bir nəticə qeydə alına bilər".

Son xəbərlər

Orphus sistemi