Yuxarı

"Sampdoriya"nın daha bir futbolçusu koronavirusa yoluxdu

"Sampdoriya"nın daha bir futbolçusu koronavirusa yoluxdu

300

İtaliyanın "Sampdoriya" klubunun futbolçusu Edqar Barretonun koronavirus testi müsbət nəticə verib. 

"Report"un "Football Italia"ya istinadən məlumatına görə, 36 yaşlı paraqvaylı yarımmüdafiəçinin xəstəliyə həyat yoldaşı ilə birgə yoluxduğu müəyyənləşib. Hər iki şəxs dərhal karantinə alınıb. 

Daha əvvəl komandanın digər oyunçusu Yakub Yankto klubda 15 nəfərin testinin müsbət nəticələndiyini açıqlayıb. 

Qeyd edək ki, son məlumatlarda koronavirusun dünyada 435 006 nəfərdə təsdiqləndiyi bildirilir. Ölənlər 19 625, sağalanlar 111 822 nəfərdir. COVID-19-un əsas yayılma ocaqları Çin, İtaliya, ABŞ, İspaniya, Almaniya, İran və Fransadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi