Samir Nəsri "Mançester Siti"dən "Antalyaspor"a keçib

Samir Nəsri "Mançester Siti"dən "Antalyaspor"a keçib Fransalı futbolçunun illik 4 milyon avro məvacib alacağı bildirilir
Futbol
21 Avqust , 2017 17:50
Samir Nəsri Mançester Sitidən Antalyaspora keçib

Bakı. 21 avqust. REPORT.AZ/ İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Samir Nəsri karyerasını Türkiyə “Antalyaspor”unda davam etdirəcək.

“Report”un Superliqa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanılıb.

Fransalı futbolçunun illik 4 milyon avro məvacib alacağı bildirilir.

Qeyd edək ki, Samir Nəsri 2011-ci ilin avqustunda 22 milyon funt sterlinq qarşılığında London “Arsenal”ından “Mançester Siti”yə keçib. O, ötən mövsüm icarə əsasında İspaniyanın “Sevilya” komandasının formasını geyinib və 23 matçda 2 qol vurub. 

Son xəbərlər

Orphus sistemi