Samir Əliyev: "Sumqayıt"dan xal almaq yaxşı nəticədir"

Samir Əliyev: "Sumqayıt"dan xal almaq yaxşı nəticədir" "Oyunu uda da bilərdik, uduza da"
Futbol
26 Noyabr , 2017 19:08
Samir Əliyev: Sumqayıtdan xal almaq yaxşı nəticədir

Bakı. 26 noyabr. REPORT.AZ/ "Çox yaxşı, mütəşəkkil komandaya qarşı oynadıq. Oyunu uda da bilərdik, uduza da. Futbolçularımızın əzmkarlığından razıyıq. "Sumqayıt"dan xal almaq yaxşı nəticədir".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis hakimlik barədə danışmaq istəməyib:

"Rəhim Həsənovun idarəçiliyinə Hakimlər Komitəsinin sədri qiyməti verəcək. Hakimin bilərəkdən və ya bilməyərəkdən belə etdiyini demək çətindir. Oyun vaxtı əsəbilik normaldır".

Əliyev komandanın bombardiri Elman Taqayevin hazırkı durumu barədə də danışıb: "Məncə, zədədən sonra hələ tam hazır deyil. Meydana buraxırıq ki, oyundan-oyuna qaydasına düşsün".

Son xəbərlər

Orphus sistemi