Yuxarı

Samir Əliyev: "Neftçi"nin 4 ehtiyat oyunçusunun məvacibi ümumi məvacibimizdən çoxdur"

Samir Əliyev: "Neftçi"nin 4 ehtiyat oyunçusunun məvacibi ümumi məvacibimizdən çoxdur"

Bakı. 12 may. REPORT.AZ/ "Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXVII turunda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, fikrini bu sözlərlə davam etdirib: "Futbolçularıma narazılığım yoxdur. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, "Neftçi"nin ehtiyatda olan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdur".

S. Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: "Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədir ki, bugünkü hakimlər briqadasının səviyyəsi budur. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi